İnsan beynini oxuya bilən cihaz kəşf edildi
19.12.2017 945 0.0 0

Onlar əlil arabasını əl gücü ilə deyil, beyinlə idarə edə biləcəklər

Rusiyada insan beynini oxuya bilən cihaz kəşf edilib. Bildirək ki, kəşfi Kalininqrad şəhərindəki İmmanul Kant adına Baltik Federal Universitetinin alimləri gerçəkləşdirib.

"Balalayka" adı verilən cihaz beyindəki siqnalları alaraq, kompüterdə qeyd edə bilmə qabiliyyətinə malikdir. Rus elm adamları yeni ixtira sayəsində insan orqanizmi ilə robotu əlaqələndirmə işində yeni dövrün başlandığını söyləyirlər.

Alimlər "Balalayka"-nı kəşf etməkdə əsas məqsədlərinin, kompüter oyunlarını əl ilə yox, beyinlə oynamağı təmin etmək olduğunu açıqlayıblar.

Yeni kəşflə ayaqdan əlil olanların da işi asanlaşmış olacaq. Onlar əlil arabasını əl gücü ilə deyil, beyinlə idarə edə biləcəklər./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar