İlk baxışdan sadə görünən və bəzən nə qədər möcüzəvi xüsusiyyətlərə malik olduğu haqqında düşünmədiyimiz insan bədəninin potensialı tükənməzdir.
İnsan bədəninə dair inanılmaz gerçəklərdən bəzilərini təqdim edirik:
- Normal insan bədənində mövcud olan elektrik 25 Vatlıq bir lampanı dəqiqələr boyu yandırma potensialına sahibdir.
- Bədəninizin hər kvadrat santimetrinə düşən tük sayı şimpanzenin tük sayı ilə eynidir. Xoşbəxtlikdən insanların tükləri daha açıq rənglidir və çox insanlarda əhəmiyyətli hissəsi görünmür.
- Mədənin selikli qişasının xarici təbəqəsinin ömrü çox qısa olduğu üçün 3-4 gündən bir yenilənir. Əgər yenilənməsəydi, mədənizə düşən qidaları həzm etmək üçün istifadə edilən güclü turşular eyni zamanda mədəyə də zərər verəcəkdi.
- Qadınlar kişilərdən anadangəlmə daha yaxşı dad bilir. Araşdırmalar qadınların iyləri ayırd etməkdə də kişilərdən daha yaxşı olduğunu təsdiqləyib. Xüsusilə sitrus meyvələri, vanil, darçın və qəhvə iylərini qadınlar daha yaxşı bilir.
- Burnumuz itlərinki qədər həssas deyil, ancaq 50 min fərqli iyi xatırlaya bilir.
- Elm adamlarının fikrincə, insanın IQ səviyyəsi yüksəldikcə o, daha çox yuxu görməyə başlayır. Bu, doğru ola bilər, ancaq ayıldıqdan sonra yuxularınızı xatırlamırsınızsa, özünüzü pis hiss etməyin.
Bir çoxları gecə gördüyü yuxuların böyük bir qismini xatırlamır və bu yuxular ən çox 2-3 saniyə davam edir.
- İnsan bədənində dərinin hər kvadrat santimetrində təxminən 32 milyon bakteriya yaşayır. Bunların böyük əksəriyyəti zərərsizdir.
- Sarışınlar daha çox saça sahibdirlər. Bir insanda orta hesabla 100 min saç tükü olduğu halda, sarışınlarda bu say orta hesabla 146 min təşkil edir. Qara saçlılarda təxminən 110 min, qəhvəyi rəngli saçlılarda 100 min, qızılı saçlı insanlarda isə daha az – təxminən 86 minə qədərdir.
- Öz-özünüzü qıdıqlamanız mümkün deyil. Ən çox qıdıqlanan insanlar belə özlərini qıdıqlama qabiliyyətinə sahib deyil. Bunun səbəbi beyninizin barmaqlarınızın hərəkətini idarə edərkən qıdıqlama istəyini təxmin etməsidir. Beyniniz qıdıqlamanın hardan gələcəyini bildiyi üçün başqası qıdıqladığı zaman verdiyi reaksiyanı vermir.
- Həftələrlə heç nə yeməsəniz, ölməzsiniz, lakin yuxusuz qalsanız, 11 gündən sonra yuxusuzluğa dözə bilməz, həyatla vidalaşmaq məcburiyyətində qalarsınız./axar.az/