İngiltərə niyyətini açıqladı: Bəşər Əsədi vuracağıq
28.02.2018 886 0.0 0

Son günlər Suriya rejiminin paytaxt Dəməşqə yaxın Şərqi-Quta bölgəsində müxaliflərə və mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsi barədə informasiya dolaşmaqdadır

Suriya rejiminin mövqelərini havadan vura bilərik. Məlumata görə, bunu İngiltərənin xarici işlər naziri Boris Conson (Boris Johnson) deyib.

O bildirib ki, əgər Əsədin kimyəvi silahdan istifadə etdiyi dəqiqləşsə İngiltərə yerində durmayacaq.

 

"Hazırda Əsədin ölkədəki müxaliflərə və mülkilərə qarşı kimyəvi silahdan istifadə edib-etmədiyini araşdırırıq. Əgər bu sübuta yetirilsə, İngiltərə Amerika ilə birlikdə hava hücumuna qatılacaq" – Conson bildirib.

BBC-yə danışan nazir qeyd edib ki, kimyəvi silahdan istifadə dəqiqləşsə, Birləşmiş Krallıq hava hücumu ilə bağlı təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, son günlər Suriya rejiminin paytaxt Dəməşqə yaxın Şərqi Quta bölgəsində müxaliflərə və mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsi barədə informasiya dolaşmaqdadır./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar