İngilis imamdan qalmaqallı iddia
18.06.2015 782 0.0 0

İngiltərədə fəaliyyət göstərən din xadimlərindən biri qalmaqallı açıqlama verib. 

Məlumata görə, İngiltərənin “ITV” telekanalının qonağı olan ingilis imam Alyas Karmani İngiltərədəki müsəlman gənclərin İŞİD terror qruplaşmasına qoşulması ilə bağlı iddia irəli sürüb. 

“İngiltərədəki müsəlman gənclərin terrorçu qruplaşmaya qoşulması sekslə əlaqəlidir. Bu uşaqlar qızlarla münasibətdə olmaq istəyir, vəssalam. Bu fikirlərə görə ittiham olunacağımı bilirəm, amma fakt belədir; həmin oğlanlar əllərinə silah almaqla özlərini xanımlarına kişi kimi göstərməyə çalışırlar”, – deyə ingilis imam bildirib. 

Karmani Qərbdə cinsi münasibətin sərbəst olduğunu vurğulayaraq müsəlmanların evlənməmişdən əvvəl belə bir imkana sahib olmadıqları səbəbilə, yəni haram və günah buyurulduğu üçün İŞİD-ə qoşularaq evlənməyi seçdiklərini bildirir. 

Bundan başqa, o, bütün ailələri övladlarını terrorçu qruplaşmaya qoşulmaqdan qorumağa çağırıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar