İNANILMAZ: Komadan ayıldı, başqa dildə danışdı
24.10.2016 1330 0
ABŞ-ın Corciya ştatında yerləşən Brukvud məktəbinin futbol komandasının qapıçısı Ruben Nsemo iki həftə əvvəl oyun zamanı topa tullanarkən, ağır zədə alaraq komaya düşmüşdü.
Məlumata görə, Ruben komadan ayılıb və hər kəsi təəccübləndirib. 16 yaşlı qapıçı komadan çıxarkən, ingilis dilində danışa bilməyib. O, fikirlərini ispanca izah edib. Maraqlıdır ki, qapıçı əvvəllər ispanca bilməyib.
Üstündən bir neçə gün keçəndən sonra Rubenin yaddaşı bərpa olunub və ingiliscə danışmağa başlayıb. Ancaq o, ispan dilini də unutmayıb və hazırda ispanca da danışır./publika.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər