İnan S-300 lərinə qovuşur
11.03.2016 643 0.0 0


Rusiya regiondakı ən böyük müttəfiqi olan İrana S-300 raket kompleksini bu ilin yay aylarında təhvil verəcək. Qazeta.info Ans press-ə istinadla bildiriri ki, bu barədə “Rostex” dövlət konserninin rəhbəri Sergey Çemezov "The Wall Street Journal"a müsahibəsində deyib.

"Düşünürəm ki, biz ilin sonunadək S-300 raketlərini İrana verərik. İlk tədarük avqust və ya sentyabrda olacaq", - deyə qurum rəsmisi bildirib. 
Onun sözlərinə görə, İran bu sistemi "S-300pmu-1" modifikasiyası ilə alacaq. Çemezov bildirib ki, İrana məhz bu modifikasiya lazımdır, halbuki Moskva Tehrana "Аntey 2500" (S-300 ailəsinin HHM sistemi) təklif edib. "Rostexa" başçısı qeyd edib ki, bu "S-300pmu-1" modifikasiya İrana tədarük olunduqdan sonra, yəqin ki, daha istehsal olunmayacaq. 

 

Sergey Çemezov - “Rostex” dövlət konserninin rəhbəri 



Martın 7-də Küveytin "Əl Ceridə" qəzetində Rusiyanın İrana S-300 raket kompleksini satmaq fikrindən daşındığı xəbəri yer alıb. İddiaya görə, Rusiya Tehran rəhbərliyinin "Hizbullah"a silah verə biləcəyindən ehtiyat etdiyi üçün bu addımı atıb. Qəzet Rusiya prezidentinin İrana raket sistemini transfer qərarını ləğv etdiyini bildirib.

 

Rusiya, İran xəritədə


Rusiya və İran 2007-ci ildə 800 milyon dollar dəyərindəki S-300 komplekslərinin tədarükünə dair müqavilə imzalayıblar. 2010-cu ildə Birləşmiş Millətlər Təşilatının (BMT) Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarından sonra Rusiya bu ölkəyə S-300 kompleksinin satışını dayandırdı. Buna cavab olaraq İran Beynəlxalq Arbitraj Məhkəməsində Rusiyaya qarşı iddia qaldırdı. İran Rusiyadan silah satışına dair müqavilənin şərtlərini pozduğu üçün 4 milyard dollar dəyərində təzminat istəyirdi. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar