İmtahanda ən yüksək bal toplayan bacı-qardaş
27.07.2015 1457 0
Gəncədə bacı və qardaş qəbul imtahanında yüksək bal toplayıb. Məlumata görə, Gəncə şəhər sakini Elçin Qasımov II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 700 bal toplayıb. Bacısı, onunla eyni sinifdə oxuyan və eyni qrupda imtahan verən Gülçin Qasımovada qəbul imtahanında yüksək nəticə əldə edib. O, qardaşından 15 bal az, yəni 685 bal nəticə göstərib. Ziyad Qasımov övladlarının yüksək nəticə əldə edəcəklərinə əvvəlcədən inandıqlarını bildirib. Sınaq imtahanlarında da yüksək nəticə əldə etdiklərin bildirən Z. Qasımov övladlarının ADA və ölkənin başqa nüfuzlu universitetlərinin birində təhsil almaq istədiklərini bildirib. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər