İmmunitetiniz hansı səviyyədədir? - ÖZÜNÜZ YOXLAYIN
30.05.2015 796 0.0 0

İnsanın immun sistemi orqanizmin xəstəliklərdən, mikroblardan, arzuolunmaz bioloji hücumlardan qorunmasını təmin edir. İmmunitet latın sözü olub “immunis” sözündən götürülüb, mənası xilasetmə, azadetmə deməkdir. Beləliklə, immunitet insanın bioloji müdafiəçisidir və o zəif olanda orqanizm xəstəliklərə qarşı müqavimət göstərə bilmir.

Təqdim olunan 20 suala cavab verməklə siz immunitetinizin hansı səviyyədə olması haqqında ilkin təsəvvür əldə edə bilərsiniz.

“Hə” cavabını 10 bal,
“Qismən razıyam” cavabını 5 bal,
“Yox” cavabını isə 0 bal qiymətləndirin.

1. İl ərzində 4 dəfə soyuqdəymə xəstəliyim olur

2. Gün ərzində meyvə və tərəvəzdən 300 qramdan az istifadə edirəm

3. Yuxu rejimim normal deyil, narahat yatıram

4.  Məni özümdən asanlıqla çıxarmaq mümkündür, ən adi şeylərə qıcıqlanıram

5. Mənim dərim quru, dırnaqlarım kövrəkdir

6.  Vaxtında yatıb dursam da səhərlər özümü yorğun hiss edirəm

7. Mənim işim oturaqdır. Demək olar ki, piyada gəzmirəm

8.  Çəki ilə bağlı (az və ya artıq) problemim var

9. Əllərim və ayaqlarım həmişə soyuq olur

10. Tez-tez boğaz ağrısından şikayətlənirəm

11.  Günəş şüaları altında qaralmağı çox sevirəm

12.  Tez yoruluram

13.  Siqaret çəkirəm

14.  Yaşadığım yerin ekoloji vəziyyəti qənaətbəxş deyil

15.  Gündüzlər yatmaq istəyirəm

16.  Xroniki xəstəliklərdən əziyyət çəkirəm

17.  Allergiyaya meylliyəm

18.  Dostlarım və yaxınlarımla görüşə çıxmağa həvəsim olmur

19.  Ətrafımdakı insanlar arasında zökəm varsa, mənə də keçir

20.  Öskürməyə başlayıramsa bu uzun müddət davam edir

Toplanan balların sayı 0-60 arasındadırsa tam sakit ola bilərsiniz. Sizin immun sisteminizin səviyyəsi stabildir və yoluxa biləcəyiniz bütün xəstəliklər fəsadsız ötüşəcək.

Balların sayı 61-125-dirsə bunu norma kimi qəbul etmək olar və narahat olmağa çox da əsas yoxdur. Ancaq buna baxmayaraq immunitetinizin qəfil zəifləməsinin qarşısını almaq üçün sağlamlığınız haqqında düşünməlisiniz. Xüsusilə qida rasionuna, yuxu rejiminə, orqanizmin vitaminlərlə lazımınca təmin olunmasına diqqət yetirməlisiniz.

Toplanan balların sayı 125-i keçibsə bu sizin üçün xəbərdarlıqdır. Təcili tədbirlər görməklə immun sisteminizi gücləndirməlisiniz. Ən əsas xəbərdarlıq isə odur ki, özfəaliyyət müalicəsi ilə məşğul olmayasınız. Çıxış yolunuz həkim təyinatı və ona ciddi riayət etməkdir.

Bu sadə testlə immunitetinizin səviyyəsini yoxlayın ki, qarşıdan gələn yay günlərində istirahətinizi sağlam və problemsiz keçirəsiniz./modern.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar