Hazırkı şərtlərlə Marsa insan göndərilməsi 1 trilyon ABŞ dollarına başa gələ bilər.
xarici mətbuata istinadən xəbər verilir ki, bu barədə amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask bildirib.
“Biz hələlik Marsda məskunlaşma apara bilmərik, çünki bu, çox bahadır. Bu gün Marsa insan göndərmək hazırda 1 trilyon ABŞ dollarına başa gələcək. Fakt budur ki, bir raket bəs etmir, insanlara tibbi avadanlıq, kommunikasiya vasitələri lazımdır”, - milyarder deyib.
Mask həmçinin yeraltı hidroponik fermalardan istifadə edərək özünü təmin edən şəhərlər qurmaq istədiyini açıqlayıb. Onlar günəş enerjisi ilə işləyəcəklər.
Maskın sözlərinə görə, bu yolla onun şirkəti məhsul yetişdirmək və insanları ərzaqla təmin etmək üçün bütün şəraiti təmin edə biləcək.
Milyarder bununla belə 5-10 il ərzində insanları Marsa endirməyi planlaşdırır. Onun rəhbəri olduğu şirkət indi insanların və yüklərin başqa planetə daşınması xərclərini azaltmağın yollarını axtarır./report/