“Time” jurnalı dünyanın ən varlı insanı, "SpaceX" və "Tesla" avtomobil şirkətinin yaradıcısı İlon Maskı “2021-ci ilin adamı” elan edib.
Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bununla bağlı İ.Maskın iyirmi ildir yaxın dostu, "Tesla" və "SpaceX" şirkətlərinin idarə heyətində çalışmış Antonio Qrasias bildirib: "O, ağır şəraitdə böyüyüb və xüsusilə ağıllı olub... İnsanların 99,9%-i belə vəziyyətlərin öhdəsindən gəlmir. Kiçik bir faiz bunu ciddi təzyiq altında mühüm qərarlar qəbul etmək bacarığı və insanlıq yolunu dəyişmək üçün sonsuz istək sayəsində edir".
"Tesla" avtomobil şirkəti elektrik avtomobil bazarının üçdə ikisinə nəzarət edir və 1 trilyon dollar dəyərində qiymətləndirilir. Məqalədə qeyd olunuи ki, sərvəti 250 milyard dollardan çox olan İ.Mask tarixin ən zəngin şəxsi hesab olunur.