Diyarbakırın Lice rayon Yolaçtı kəndində ötən il salınmış PKK məzarlığına, Mahsum Korxmaz adlı PPK döyüşçüsünün heykəli ucaldılıb.
Diyarbakırın Lice rayon Yolaçtı Kəndinin kənarında keçən il qarşıdurmalarda ölən PKK üzvüləri üçün qəbiristanlıq salınmışdı. Qəbiristanlığa PKK-nın Hakkarinin Şəmdinli və Siirtin Eruh rayonlarında ilk hücumlarını reallaşdırmasının ildönümündə, basqınları reallaşdıranlar arasında olan və daha sonra təhlükəsizlik gücləriylə girdiyi qarşıdurmada ölən PKK üzvü Mahsum Korkmaza heykəli ucaldılıb.
Xatirladaq ki ,Mahsum Korkmaz PKK arasında ilk Türk əskərinə atəş açan və öldərən terrorçu kimi tanınırdı.
Dünən axşam Diyarbakır valisi tərəfindən PKK qəbiristanlığında Mahsum Korkmaza heykəlinin ucaldılması ilə əlaqəədar yazılı açıqlama verib:
Bəyanatda "Valiliy başda şəhər icra strukturlarının rəhbəri olmaqla , Jandarma komandiri və Meşə Əməliyyat Müdirliyi olmaq üzrə əlaqədar təşkilatlara lazımi təlimatlar verilmişdir. Edilən əməliyyatlar nəticəsində PKK üzvünə abidə ucaldılması mövzusu mühakiməyə mühakiməyə təqdim edildiyini bildirmişdir.Ucaldılan heykəl ilə əlaqədar olaraq Valilikdəbu hal cinayət elan olmuşdur. Ayrıca mövzu ilə əlaqədar məsuliyyəti olan şəxslər haqqında lazımlı əməliyyatların edilməsi üçün müddət başladılmışdır " deyə bildirib.