İlk qatar Bakıdan Qarsa doğru yola çıxıb
30.10.2017 832 0.0 0

Bu gün Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılış mərasimi keçirilib.

Qazeta.info “Report”un məlumatına əsasən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətlərinin qatıldığı mərasimdə qatar Bakıdan Qarsa doğru yola çıxıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov ilk BTQ qatarına minib və Ələt stansiyasına qədər gediblər.


Teqlər:İlham Əliyev

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar