"EL&TUR" Productionun hazırladığı, Azərbaycanda ilk dəfə keçiriləcək "BEAUTY QUEEN of AZERBİJAN" (Azərbaycan Gözəllik Kraliçası) yarışının ilk kastingi keçirilib.
Xanımların qatıldığı yarışın casting münsif heyəti Azərbaycanın Əməktar artisti Tünzalə Ağayeva, Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, modelyer-dizayner Afaq İsmayılova, stilist Nəsir Babayev, aparıcı-aktyor Şəhriyar Əbilov, aktyor Elmir İsmayılov olub.
Yarışa qatılmaq üçün 16-28 yaş arası 40-dan çox xanım müraciət edib. Kastingin aparıcısı aktrisa-aparıcı Cəmilə Tağızadə ifaçı qonaq isə tanınmış gənc ifaçı Ayaz Babayev olub. Yarışın növbəti və sonuncu kasting seçim turu dekabr ayının 10-da keçiriləcək.
Yarışın yarımfinal və final gecəsinin ifaçı və stilist qonağı Türkiyədən dəvət olunacaq. Yarışın 1-2-3 yer sahibi mükafatlandırılacaq. Azərbaycanda ilk dəfə belə möhtəşəm və tam fərqli gözəllik yarışması keçirilir.
Qeyd edək ki, EL&TUR Productionun rəhbərləri Türkiyədə filmlərdə rol alan azərbaycanlı aktyor Elmir İsmayılov (rol aldığı filmlər - Kurtlar Padisi Pusu, Arka sokaklar, Eski hekayə, Avrupa-avrupa və sair, rol aldığı klip - Salma Rachid, Nazlı Mengi və s) və layihənin icraçı və təşkilatçı direktoru Türkan Novrdur. Yarışın produseri Orxan Salmandır. Layihəyə qatılmaq üçün yarışmanın produseri Orxan Salman (070) 938 08 18 və ya instagram: beautyqueenaz, facebook: beautyqueenaz əlaqə saxlıya bilərsiniz.