İlin ilk Günəş tutulması müşahidə olunub
01.05.2022 494 0
Cari ilin ilk tutulması hadisəsi başa çatıb. Belə ki, aprel ayının 30-da, 2022-ci ilin ilk tutulma hadisəsi - Günəş tutulması baş verib. Bu tutulma qismən Günəş tutulmasıdır.
Qazeta.info AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən bildirir ki, Tutulma hadisəsi saat 22:45-də başlayacaq və 1 may saat 02:37-də qədər davam edib. Tutulmanın maksimumu saat 00:41-də olub. Tutulma hadisəsi 3 saat 52 dəqiqə davam edəcəyi bildirilmişdi.
İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə olub.
Qeyd edək ki, bu təbiət hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacağı qeyd edilib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər