2015-ci ildə istehsalatda baş verən bədbəxt hadisələrin statistikasi açıqlanıb.
ANS TV-nin məlumatına görə, “Günəşli” yatağında baş verən qəzada xəsarət alan, həlak olan, itkin düşən neftçilərin ailəsinə dövlət tərəfindən verilən birdəfəlik 15 min manatlıq yardımdan əlavə sığorta ödənişləri də veriləcək.
Hazırda bununla bağlı əlaqədar dövlət qurumlarında araşdırmalar davam edir.
“Bu adamların hər biri bədbəxt hadisələrdən sığorta olunmuşlardır. Ona görə də onlara ən yüksək məbləğdə sığorta veriləcək. Bəzilərinə ola bilsin ki, - 50, 70, 100 min manat. Sığortanın məbləği isə onun yaşından, ailə tərkibindən və aldığı əmək haqqından aslı olacaq”, - deyə DƏMX-nin rəis müavini Məhərrəm Məhərov bildirib.
Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ötən il istehsalatda baş verən bədbəxt hadisələrin ilkin statistikasını açıqlayıb.
2015-ci ildə İstehsalatda 135 bədbəxt hadisə baş verib ki, bu da digər illərlə müqaisədə 40 faiz azalma deməkdir.
Amma əməyin təhlükəsizlik qaydalarının pozulması istiqamətində tikinti, emal sektorları hələ də iqtisadiyyatın ən riskli sahələri hesab edilir. /anspress/