İlhamınla İlhamlanıb cüt dayan-Nüyvər Şərifova
26.08.2015 602 0.0 0

Şair olmuş gerçəkliyi görəndi.
İlhamınla İlhamlanıb cüt dayan.


Adəm,Həvva yaranmışdı çox öncə
Məhəmmədə sevgi payı Xədicə.
Sevgisinə layiq olub ölüncə
Tariximdən doğan günəş Mehriban,
İlhamınla ilhamlanıb cüt dayan.
Tək olmasın göydə günəş də,ay da.
Neçə ulduz yaranmışdı nə sayda.
Məcnun Leyli eşqi ilə harayda
Tariximdən doğan günəş Mehriban
İlhamınla ilhamlanıb cüt dayan.
Fərhad şirin Şirinindən doymamış,
Dağlar çapıb namərdlərə uymamış.
Kərəm kimi kimsə yanqı qoymamış,
Tariximdən doğan günəş Mehriban
İlhamınla ilhamlanıb cüt dayan.
Koroğluyla Nigar durmuş yanaşı,
Nəbisiylə Həcər udmuş savaşı.
Budiyarın Natavan tək yaddaşı
Tariximdən doğan günəş Mehriban
İlhamınla ilhamlanıb cüt dayan.
Eşqdən doğmuş bu dünyanın əzəli,
Şair yazar şeirləri,qəzəli.
Vətənimin ey ismətli gözəli,
Tariximdən doğan günəş Mehriban
İlhamınla ilhamlanıb cüt dayan.

 

"Tanış olaq" jurnalının təsisçisi Nüyvər Şərifova


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar