İlham Zəkiyev: Haqsızlıq oldu, yarışın qalibi mən olmalı idim
15.05.2017 1336 0.0 0

Qızıl medal uğrunda döyüşə atılmışdım, haqsızlıq oldu, yarışın qalibi mən olmalı idim.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında paralimpiya üzrə bürünc medal qazanmış idmançımız İlham Zəkiyev deyib.

O bildirib ki, amma yenə də medalsız qalmadım:

"Paracüdoda B1, B2 və B3 dərəcələri var. Yəni, tam görmək, zəif görmək və ümumiyyətlə görməmək. Bu oyunlarda B1, yəni tam görmə qabiliyyətini itirən yeganə idmançı mən idim. Ümid edirəm ki, bu ədalətsizlik aradan qaldırılar və gələcək yarışlarda buna diqqət yetirilər. Sevinirəm ki, medalsız qalmadım".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar