İlham Əliyevlə Serj Sarkisyanın görüşü gözlənilir
20.07.2015 654 0.0 0

"ATƏT-in Minsk qrupunun həmsədrləri ilin sonuna kimi Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünü təşkil etməyə ümid edirlər". 

Məlumata görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

"Ümid edirik ki, prezidentlər bu il görüşəcəklər. Sülhə nail olmaq üçün görüşlər keçirilməlidir". – deyə Uorlik bildirib.

Amerikalı həmsədrin sözlərinə görə, hələ ki prinsiplər və nizama salmanın elementləri müzakirə edilir, ancaq tərəflər hələ daha konkret müzakirələr mərhələsinə nail olmayıb.

Ermənistana səfər çərçivəsində prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşlər gözlənilir. Həmsədrlərin növbəti səfərini Bakıya edəcəklər.

Hazırda Minsk qrupu həmsədrlərinin işğal atındakı Dağlıq Qarabağa səfərinin təşkili məsələsi həll edilir.

Qeyd edək ki, həmsədrlər prezidentlərin növbəti görüşlərini təşkil etmək üçün regiona səfər ediblər. 

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın növbəti görüşü bu ilin sentyabrında BMT Baş Assambleyasının Nyu-Yorkda növbəti iclası çərçivəsində baş tutacağı gözlənilir. Bu, iki ölkə prezidentinin son illərdə sayca dördüncü görüşü olacaq.

İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş 2014-cü il oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutub. Olland, Əliyev və Sarkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.

 

 

İlham Əliyev ilə Serj Sarkisyan arasında keçrilən son görüşdən foto

 

Bundan əvvəl həmsədrlər Moskvada Dağlıq Qarabağ münaqişəsi müzakirə etmişdilər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar