İlham Əliyevin və Pakistan Prezidenti Məmnun Hüseynin görüşü olub
28.02.2017 1079 0.0 0

 

Prezident İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin təkbətək görüşü olub.

Qazeta.info prezidentin mətbuat xidmətinə istinadla bildirir ki, səmimi şəraitdə keçən görüşdə Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin 2015-ci ildə Azərbaycana səfəri məmnunluqla xatırlandı. Pakistan Prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıldığını bildirdi.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanın və Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyət göstərdikləri vurğulandı.

Söhbət zamanı regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olundu.

Sonra görüş geniş tərkibdə davam etdirildi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar