İlham Əliyevdən dünyaya çağırış (VİDEO)
18.05.2015 910 0.0 0

Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Səhər saatlarında forumun açılış mərasimində prezident İlham Əliyev və xanımı Mehriban Əliyevada iştirak ediblər. Mərasimdə çıxış edən dövlət başçısı bir sıra mühüm mövzulara toxunub.

Dünyada - etnik, dini, təriqət zəminində parçalanmalar faciəvidir. Biz bunu qonşuluğumuzda da görürük, neofaşist hərəkatın qalxmasını görürük. Beynəlxalq ictimaiyyət, liderlər bu məsələyə tam ciddiyyətlə yanaşmalıdır.

ANS Tv-nin məlumatına görə, Prezident İlham Əliyev Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında bu hallara qarşı birgə mübarizəyə çağırış etdi:

“Təhsil ekstremizm, radikalizm, fundamentalizm, terrorizmə qarşı ən yaxşı təminatdır. O, bugünkü həyatın təhlükələrinə qarşı bir sığortadır. Biz həmişə düşünmüşük ki, öz ölkənə, öz xalqına, öz dininə hörmət, qonşunun dəyərlərinə, adətlərinə, dininə hörmətdən başlayır. Ancaq bu, uğura apara bilər. Təəssüf ki, indi biz bundan daha çox danışmalıyıq. Çünki bizim dünyanın müxtəlif hissələrində gördüklərimiz - etnik, dini, təriqət zəminində parçalanmalar faciəvidir. Biz bunu qonşuluğumuzda da görürük, neofaşist hərəkatın qalxmasını görürük. Və beynəlxalq ictimaiyyət, liderlər bu məsələyə tam ciddiyyətlə yanaşmalıdır. Çünki biz bu mübarizədə qalib gəlməliyik və bunu ancaq birgə səylərlə edə bilərik”.

Prezident söylədi ki, Azərbaycan qədim İpək yolunun üstündə yerəşir. Enerji nəqiyyat layihələri dünya əhalisi arasında bağlantı baxımından əhəmiyyətlidir. Azərbaycanda bütün fundamental azadlıqlar təmin oulunub. Dövlət başçısı tarixdə ilk dəfə Avropa Oyunlarının müsəlman ölkəsi Azərbaycanda keçirmək qərarı müdrik qərarlardan adlandırdı.

BMT-nin Sivizlizayasialar Alyansı Üzrə Ali nümayəndəsi Baş katib Pan Gi Munun forum iştirakçılarına salamlarını çatdırdı. Ali nümayəndə Afrikadan hər gün 100-lərlə miqrantın yaxşı həyat arzusu ilə Avropaya gəlmək istəyi olduğunu, təəssüf ki, onların Aralıq dənizindəcə arzuları ilə bərabər həyatların itirməsinə diqqət çəkdi.

UNESCO-nun Baş katibi İrina Bokova zorakılıqların artması kilsələrin, məscidlərin dağıdılması, uşaqların xüsusən qızların təhsildən yayındırmasının yolverilməz olduğunu söylədi. Bu mənada Bakı prosesini əhəmiyyətli adlandırıdı.

Forumda qeyd edildi ki, təhlükəli hərəkətlər çətin dövrünü yaşayan dünyada qlobal sülhə təhlükə yaradır. Daha sonra dəyirmi masalarda mövzu davam etdilirdi.

 

İki gün davam edəcək forumda 100-dən artıq ölkənin nümayəndəsi iştirak edir./anspress/
 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar