İlham Əliyevdən 2 yeni təyinat
11.12.2015 1352 0.0 0

Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (QSC) sədrinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

 Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəsmi internet səhifəsinə istinadən verilən məlumata əsasən dövlət başçısının sərəncamı ilə bu vəzifəyə Zamiq Ömər oğlu İsmayılov təyin olunub. 2014-cü ildən indiyədək isə həmin vəzifədə Muxtar Axundov olub. 

Zamiq Ömər oğlu İsmayılov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı Dəniz Yolları Məktəbini texnik-gəmi sürücüsü ixtisası üzrə bitirib. 2007-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Kommersiya (beynəlxalq ticarət) ixtisası üzrə bakalavr, 2011-2012-ci illərdə Dünya Dənizçilik Universitetinin Gəmiçilik və liman idarəçiliyi fakültəsini bitirərək magistr ali elmi-ixtisas dərəcəsi alıb.

Əmək fəaliyyətinə 1997-ci ildə “Xəzərdənizneftdonanma” İdarəsinin gəmilərində kapitanın köməkçisi kimi başlayıb. 2005-ci ildən BP-Group Azərbaycan şirkətində dəniz əməliyyatları üzrə qrup rəhbəri, 2013-cü ildən Kaspian Marin Servisez Limited şirkətinin Azərbaycan filialında baş əməliyyat meneceri, 2014-cü ildən isə həmin şirkətin direktoru vəzifələrində çalışıb.

2013-cü ildən London Gəmi Brokerləri İnstitutunun üzvüdür. 

Dövlət başçısının digər bir sərəncamı ilə QSC-nin sədr müavini vəzifəsinə isə Cəbrayıl İdris oğlu Mahmudlu təyin edilib. 

Cəbrayıl İdris oğlu Mahmudlu 1966-cı ildə Yardımlı rayonunda anadan olub. 1990-cı ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə İnstitutunun Bakı filialını, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Əmək fəaliyyətinə 1983-cü ildə Engels adına sovxozda fəhlə kimi başlayıb. 1990-cı ildən “28 May” NQÇİ-də maliyyə işləri üzrə iqtisadçı, baş mühasibin müavini, baş mühasib, 1994-cü ildən “Qum adası” NQÇİ-də baş mühasib,1995-ci ildən DNQÇ İstehsalat Birliyində nəzarət-təftiş şöbəsinin rəisi, 1997-ci ildən “Xəzərdənizneftdonanma” İdarəsində iqtisadiyyat üzrə rəis müavini, 2008-ci ildən Kompleks Qazma İşləri Trestində ümumi məsələlər üzrə rəis müavini, 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində sədrin baş müşaviri vəzifələrində çalışıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar