İlham Əliyev Vladimir Putinə başsağlığı verib
03.04.2017 618 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Sankt-Peterburq metrosunda baş vermiş partlayışla əlaqədar başsağlığı verib.
Qazeta.info bildirir ki, İlham Əliyevin Vladimir Putinə ünvanladı məktubda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç.
Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı.
Biz heç bir təqsiri olmayan dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm."
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər