Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 28-də Ağcabədi rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.
Qazeta.info Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Daha sonra, Müdafiə naziri Ali Baş Komandana Hərbi hissədə Qərargah binası, əsgər yataqxanaları, yeməkxana kompleksi, tibb məntəqəsi və digər binalar inşa olunub. Qərargah binasında komandirlərin otaqları, konfrans zalı və digər otaqlar var. Binada komandir heyətinin səmərəli və operativ işləməsi üçün bütün zəruri şərait mövcud olduğunu bildirib.
Binada ideoloji, məişət və digər zəruri otaqlar hərbçilərin ixtiyarına verilib. Əsgərlərin idmanla məşğul olmaları üçün yataqxana kompleksində trenajor zalı da yaradılıb.
Prezident, Ali Baş Komandan İlham Əliyevə interaktiv təlim-məşq sistemi barədə məlumat verilib. Bildirilili ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.
Ali Baş Komandan İlham Əliyev hərbi hissənin yeməkxanasında olub, hərbi qulluqçuların qidalanma şəraiti ilə maraqlanaraq, təlim silahlarına baxış keçirib və silahların atəş qabiliyyətini yoxlayıb.