İlham Əliyev Rusiya baş nazirinin müavini ilə nələri danışdı?
18.05.2016 628 0.0 0

Azərbaycan prezidenti İlham Əliyev Rusiya baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Məlumata görə, Rusiya ilə Azərbaycan arasında əlaqələrin uğurla və dinamik şəkildə inkişaf etdiyini deyən İlham Əliyev Dmitri Roqozinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını bildirib.
Prezident Dmitri Roqozinin Azərbaycan-Rusiya Hökumətlərarası Birgə Komissiyasının həmsədri kimi Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafındakı rolunu xüsusi qiymətləndirdi.

Ölkəmizin Hökumətlərarası Birgə Komissiyadakı fəaliyyətindən danışan dövlətimizin başçısı Azərbaycan tərəfinin də iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdırılması üçün səylərini əsirgəmədiyini vurğuladı.

Dünyada müşahidə olunan iqtisadi böhran şəraitində bu istiqamətdə əldə edilmiş nəticələrin kifayət qədər müsbət olduğunu deyən İlham Əliyev bildirdi ki, mövcud potensialın daha da artırılması üçün yaxşı imkanlar var. Əməkdaşlığımızın geniş spektrə malik olduğunu və ikitərəfli əlaqələrin bütün sahələrini, o cümlədən xarici siyasət, iqtisadiyyat, sosial, humanitar və digər sahələri əhatə etdiyini vurğulayan dövlət başçısı ticari-iqtisadi əlaqələrin münasibətlərimizin vacib istiqamətlərindən birinə çevrildiyini deyib.

 
Bu sahədə potensialın gələcəkdə daha da artırılacağına əminliyini bildirən İlham Əliyev görülən işlərin nəticələrinin nəzərdən keçirilməsi və atılacaq addımların müəyyənləşdirilməsi baxımından bugünkü görüşün əhəmiyyətini qeyd edib.

Dmitri Roqozin Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi, mədəni, təhsil və digər sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın iclaslarının əməkdaşlığımızın inkişafı baxımından önəmini vurğulayıb.

Görülən işlərə və əldə olunmuş razılaşmalara nəzarət baxımından bu cür görüşlərin yaxşı nəticələr verdiyini qeyd edən Dmitri Roqozin bildirib ki, hazırda Rusiya və Azərbaycan üçün maraqlı və perspektivli ola biləcək maşınqayırma sahəsinə aid birgə layihə ilə bağlı iki ölkə arasında müzakirələr aparılır.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar