Zati-müqəddəsləri,
Tacqoyma gününüz münasibətilə Sizi və bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Zəngin tolerantlıq ənənələri olan Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlərin bugünkü səviyyəsi xüsusi məmnunluq doğurur. Bu yaxınlarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və möhkəmləndirilməsi yolunda fəal əməkdaşlığımızın bariz nümunəsidir.
Ümidvaram ki, dünyada sülhün, sabitliyin qorunub saxlanması, insanlar arasında qarşılıqlı anlaşma, dəstək və həmrəyliyin bərqərar olmasına yönəlmiş səmimi dialoqumuzu bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali mənəvi missiyanızda uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti"