İlham Əliyev Ərdoğana başsağlığı verdi
07.06.2016 632 0.0 0

Almaniyada işgüzar səfərdə olan prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana İstanbulda baş verən terror aktı ilə bağlı başsağlığı verib. Qazeta.info bildirir ki, prezidentin Ərdoğana ünvanladığı mətndə deyilir.

 

Hörmətli cənab Prezident, 

Əziz Qardaşım,

İstanbulda törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu amansız terror aktı terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti"


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar