İlham Əliyev Qarabağın həlli yolunu bəyan etdi (FOTO)
11.09.2015 5896 0.0 0

"Regional təhlükəsizlik məsələləri böyük əhəmiyyət daşıyır. Bu gün qəbul edəcəyimiz Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox dəyərli fikirlər var. Bu sənəddə beynəlxalq hüququn norma və prinsipləri öz əksini tapır".

Məlumata görə, bu sözləri Qazaxıstanda səfərdə olan prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammitində deyib.

Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bildirən prezident bəyan edib ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb: "Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız təbii ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq. Azərbaycan xalqına qarşı ədalətsizliklər olub və XX əsrin sonlarında da ədalətsizliklər olub. Bu gün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və ətraf yeddi bölgə erməni işğalı altındadır".

 


İlham Əliyev Sammitdə çıxış edərkən

 

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan bütün hüquq normalarını kobudcasına pozub, bu bölgələrdə etnik təmizləmə siyasəti aparıb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb: "Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz fikirlərini bildiriblər. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, orada Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, işğalı davam etdirir, danışıqlar prosesində özünü səmimi və konstruktiv aparmır. Bu münaqişə və bütün başqa münaqişələr ancaq beynəlxalq hüququn norma və prinsipləri, ölkələrin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır"./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar