İlham Əliyev Pyotr Poroşenkoya təbrik məktubu ünvanlayıb
22.08.2015 510 0.0 0
 

 

"Hörmətli cənab Prezident,

Ukraynanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq dövlətlərarası münasibətlərimiz bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. 

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və rifah diləyirəm."


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar