İlham Əliyev Məhkəmə binasının açılışında
21.06.2017 723 0.0 0

Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.

Qazeta.info xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Nərimanov Rayon Məhkəməsinin köhnə binasının, eləcə də Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində hazırlanan müasir məhkəmə binalarının və komplekslərinin layihələrini əks etdirən stendlərə baxdı.

Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Ədliyyə naziri Fikrət Məmmədov binada yaradılan şərait barədə Azərbaycan Prezidentinə məlumat verdi.

 

 

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar