İlham Əliyev hansı yolla gedir?
12.08.2015 893 0.0 0

 

Prezident İlham Əliyevin Beynəlxalq "Qalaaltı" müalicə və istirahət kompleksinin açılışındakı nitqi iqtisadiyyatımızın inkişafında tarixi bir mərhələnin başlanğıcına vəsilə olacaq! Prezident İlham Əliyev ilk dəfə bəyan etdi ki, "Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq." İqtisadiyyatımızda dönüş məqamının başlanğıcı haqqındakı uzaqgörən fikrinə görə Prezidentimizi tənqid edənlər də tapıldı. Onlar öz fikirlərini belə əsaslandırırlar ki, "bəs bu sözü biz çoxdan demişik, siz fikir verməmisiniz, siz bu işləri eləməmisiniz". Yəni müxalifət, ziyalı insanlar dedi, iqtidar isə ictimai rəyə əhəmiyyət vermədi, iqtisadiyyatımızı yüksək səviyyədə şaxələndirə bilmədi, sənayemiz və kənd təsərrüfatımız lazımi səviyyəyə yüksəlmədi, manatımız devalvasiya elədi, neft ölkələrini bürümüş böhran bizi də ağuşuna aldı. Yuxarıda deyilənlərin hamısı iqtisadiyyatımızın bu günkü durumunun izahına bəsit 

düşüncə tərzindən yaranan nəticələrdən başqa bir şey deyil. 

İqtisadiyyatımızın total şaxələndirilməsi üçün 500 milyard $ lazımdırAzərbaycan iqtisadiyyatının şaxələndirilməsi, müasir sənaye müəssisələrinin yaradılması, neftin emal dərinliyinin artırılması, yüksək faydalı iş əmsallı elektroenergetika güclərinin qoyulması, yüksək səviyyəli xidmət sahələrinin yaradılması, müasir metallurgiya müəssisələrinin yaradılması, müasir maşınqayırma sənayesinin yaradılması, avtomobil quraşdırma zavodlarının tikilməsi, müasir kənd təsərrüfatının yaradılması, ekoloji cəhətdən təmiz müasir kimya sənayesinin yaradılması və s. üçün 500 milyard dollara yaxın investisiya qoyuluşları lazımdır. Azərbaycanda nə sovet vaxtında, nə də müstəqillik illərinin hamısında 500 milyard dollara yaxın pul olmayıb. Neft gəlirlərinin hamısını iqtisadiyyatımızın şaxələndirilməsinə yönəltmək olarmı? 

Neftdən gələn gəlirlərin hamısı, yəni 60 milyard dollara yaxın vəsaitin hamısını iqtisadiyyatımızın şaxələndirilməsinə yönəltmək olarmı? Göstərdiyimiz bu 60 milyard dollar iqtisadiyyatımızın total şaxələndirilməsi üçün lazım olan 500 milyard dollardan təxminən 9 dəfə azdır. Yəni 60 milyard dollar vəsaitin iqtisadiyyatımızın total şaxələndirilməsinə sərf edilməsi həmən 60 milyardın havaya sovrulması demək olardı. Total şaxələndirilmə nəticəsində yaranan bütün sahələr, sənaye və kənd təsərrüfatı, energetika və xidmət sahələrinin hamısının 

ancaq doqquzda bir hissəsini ( 1/9) yaratmaq mümkün olardı. Bu isə neft 

pullarının və bütün digər vəsaitlərin bir ilin içərisində mənasız yerə itirilməsindən başqa bir şey olmayacaqdı. Dünən və bu gün üçün total şaxələndirmə boşboğazlıqdı  Yuxarıdakı rəqəmlər aydın şəkildə göstərir ki, istər dünənimiz və istərsə də bu günümüz üçün iqtisadiyyatımızn total şaxələndirilməsi boşboğazlıqdan başqa bir şey deyil. Yəni prezident İlham Əliyevi total şaxələndirməni həyata keçirməməkdə günahlandırmaq ya diletantlıqdan, yaxud da qərəzçilikdən irəli gəlməklə siyası məqsədlər naminə uydurulur.    İlham Əliyev iki mühüm istiqamət üzrə hərəkət edir 

I istiqamət: Azərbaycanın müstəqilliyi və müdafiəsi

İlham Əliyev Azərbaycanın müstəqilliyini qoruyur və inkişaf etdirir! 

İlham Əliyev dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurub! 

İlham Əliyev bütün regional və qlobal birliklərlə Azərbaycanın müstəqilliyini qorumaqla əməkdaşlıq edir!

İlham Əliyev Azərbaycan ordusunun qüdrətini artırıb! 

İlham Əliyev ordumuz üçün müasir silahlar alıb! 

İlham Əliyev Azərbaycanın müdafiə sənayesini yaradıb!

II istiqamət: İqtisadiyyatımızın mümkün olan şaxələndirilməsi və sosial işlər

İlham Əliyev Azərbaycan regionlarını inkişaf etdirir!

İlham Əliyev Azərbaycanı Turizm olkəsinə çevirir! 

İlham Əliyev qaçqınları və məcburi köçkünləri mənzillə təmin etdi! 

İlham Əliyev sənayenin inkişafı üçün mümkün olan hər şeyi edir!

İlham Əliyev müasir energetika və elektroenergetika sənayesini yaradır! 

İlham Əliyev zamanı düzgün qiymətləndirirYuxarıdakı başlıqlardan görünür ki, dünən və bu gün görülən böyük miqyaslı işlər bütün digər işlər içərisində daha böyük həyati əhəmiyyətə malikdilər. Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatı, regional iqtisadiyyat və dünya iqtisadiyyatı sahəsində dərin biliyə malik olduğundan

zamanı daha düzgün qiymətləndirir. Əgər prezident İlham Əliyev neft iqtisadiyyatından şaxələndirilmiş iqtisadiyyata keçməyin vacibliyini qətiyyətlə bəyan edirsə, belə də olacaq. İlham Əliyev neft haqqındakı fikirləri ilə iqtisadi inkişafımızda yeni mərhələnin başlanacağcinı bəyan etdi!

  Prof.Dr. Qüdrət İsaqov


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar