İlham Əliyev çoxpilləli və çoxşaxəli iqtisadiyyatımızın əsaslarını yaradır
15.08.2015 973 0.0 0

İnsan rifahı yüksək olan ölkələrlə əməkdaşlıq mühüm rol 

oynayacaq  

Bu gün Dubayda ÜDM istehsalının yalnız 4 faizi neft hasilatı və ixracatının payına düşür

Bu il aprelin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun Azərbaycanda prezident İlham Əliyevlə görüşü oldu. Azərbaycanla Dubay arasında bir çox sahələr üzrə müqavilələr imzalandı. 

Dubay insan rifahının yüksək olduğu ölkələrdən biridir. Azərbaycanla Dubay arasinda iqtisadi və ticarət əlaqələrinin genişlənməsi ölkəmizin insan rifahı daha yüksək olan ölkələrin sırasına yüksəlməsinə imkan yarada bilər.Vaxtilə Dubay iqtisadiyyatı da tamamilə neft hasilatından və neft ixracından asılı olub. Lakin Dubayda yaradılan iqtisadi şərait bu əmirliyi dünyanın aktiv işgüzar mərkəzinə çevirib. Dünyanın ən böyük şirkətləri Dubayda özlərinin regional ofislərini yaradıblar. Bu gün Dubayda ÜDM istehsalının yalnız 4 faizi neft hasilatı və ixracatının payına düşür. Bu gün Dubay öz iqtisadiyyatının daha çox şaxələndirilməsi proqramını irəli sürüb. Dubay və bütövlükdə Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatın şaxələndirilməsi proqramının həyata keçirilməsinə trilyonlarla dollar investisiya qoymağı planlaşdırır.Dubayın və dünyanın insan rifahının yüksək olduğu digər ölkələrin təcrübəsinin 

Azərbaycanda da tətbiq olunmasına böyük ehtiyac var. O zaman iqtisadiyyatımız inkişaf edəcək, manatımız da sabit qalacaq.

Əslində Azərbaycanın imkanları Dubaydan da yüksəkdir. Bizim torpağımız qızıldı. Dubay isə qumsallıqda yerləşib. Bizim yarada biləcəyimiz kənd təsərrüfatını Dubay yarada bilməz. Yəni Dubaydan fərqli olaraq bizim yaratmaq və yüksək səviyyədə yaşamaq imkanlarımız daha böyükdür. Amma bizim imkanlarımız potensial bir formadadır yəni açılmamış imkanlardır.Ona görə də Azərbaycanla Dubay arasında iqtisadi, ticari və digər əməkdaşlıq müqavilələrinin imzalanması yüksək qiymətləndirilməlidir. Müqavilələrin böyük sürətlə işlək proqramlara və konkret layihələrə çevrilməsi isə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və inkişafına töhfə verər. Dubay haqqındakı yazıdan görünür ki, bu əmirliyin ən böyük nailiyyəti ÜDM istehsalında neft hasilatının və ixracatının payının 96-97%-dən 4 faizə endirilməsindən ibarətdir. Bu gün Dubayın neft iqtisadiyyatı üzərində qurduğu 

şaxələndirilmiş müasir iqtisadiyyatı nəticəsində Dubay trilyonlarla dollar 

investisiyalar qoymağa və daha müasir, daha güclü iqtisadiyyat yaratmağa 

qadirdir. Heydər Əliyev Azərbaycan iqtisadiyyatının əsaslarını yaratdı 

Dahi lider Heydər Əliyevin Azərbaycan qarşısındakı ən böyük xidmətləri onda olub ki, o, Sovetlər İttifaqı daxilində Azərbaycanın müstəqil energetika və energetikanın mühüm sahəsi olan elektroenergetika sənayelərini yaratdı. O zaman Heydər Əliyev Sovet İttifaqının imkanlarından maksimum dərəcədə istifadə edərək Rusiya 

Federasiyasının təcrübəsindən bəhrələndi. Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan özünün energetika və elektroenergetika sahələrinin müstəqillk dərəcəinə görə Rusiyanın səviyyəsinə 

yaxınlaşa bildi. Heydər Əliyevin Sovet İttifaqı dövründə yaratdığı energetika sənayesi bu gün də fəaliyyət göstərir. Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədiləşdirmək, dövlət çevirilişlərinə 

son qoymaq, Azərbaycanın valyuta ehtiyatlarını artırmaq, müstəqil Azərbaycanın  iqtisadiyyatının əsaslarını qurmaq üçün xarici şirkətlərlə əsrin kontraktını imzaladı. Heydər Əliyev Azərbaycanın energetika sənayesinə milyardlarla dollar investisiya cəlb elədi, Bakı-Tbilisi-Ceyhan neft kəmərini çəkdirdi. Heydər Əliyev Azərbaycan iqtisadiyyatının özülünü yaratdı. 

İlham Əliyev Azərbaycanın müasir energetika sənayesini və digər sahələrin əsaslarını yaradırİlham Əliyev faydalı iş əmsalı aşağı olan energetika güclərini faydalı iş əmsalları yüksək olan və ekoloji cəhətdən təmiz energetika qurğuları ilə əvəzləyir.İlham Əliyev əsası Heydər Əliyev tərəfindən qoyulan İpək Yolunu və digər yollarımızı yaradır. 

İlham Əliyev Azərbaycan regionlarını inkişaf etdirir!

İlham Əliyev Azərbaycanı Turizm olkəsinə çevirir! 

İlham Əliyev qaçqınları və məcburi köçkünləri mənzillə təmin etdi!

 İlham Əliyev sənayenin inkişafı üçün mümkün olan hər şeyi edir!

İlham Əliyev keçən ili sənaye ili elan etdi. 

İlham Əliyev bu ili kənd təsərrüfatı ili elan edib. 

İlham Əliyev çoxpilləli və çoxşaxəli iqtisadiyyatın əsaslarını yaradır

İlham Əliyev iqtisadi möcüzələr yaradan Dubayın və digər inkişaf etmiş ölkələrin təcrübəsindən yaradıcı şəkildə istifadə edir. 

İlham Əliyev Heydər Əliyevin yaratdığı özülün üzərində iqtisadiyyatımızın həmən 

sahələrinin inkişaf etmiş formalarını və fərqli sahələrini-yəni pillələrini yaradır. İlham Əliyev iqtisadiyyatımızın özülündən yaranan kapital hesabına iqtisadiyyatımızın digər yeni sahələrinin özüllərini də yaradır.  

Yuxarıda deyilənlərin analizi göstərir ki, İlham Əliyev çoxpilləli və çoxşaxəli iqtisadiyyatın əsaslarını yaradır. 

İlham Əliyev çoxpilləli və çoxşaxəli iqtisadiyyatı yaradarkən maksimum dərəcədə Azərbaycanın öz imkanlarından istifadə etməyə üstünlük verir. 

Qeyd etməliyəm ki, bu gün qoyulmuş özüllər və onların bəzilərinin üzərində yaradılmış pillələr gah nizamlı, gah da pərakəndə formada olsalar da, diqqətlə baxanda gələcəkdə yaranacaq böyük iqtisadiyyatın çoxpilləli və coxşaxəli olacağını 

görürük.  

 

Prof.Dr. Qüdrət İsaqov


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar