İlham Əliyev BMT-nin baş katibinin müavinini qəbul edib
02.02.2016 521 0.0 0

Prezident İlham Əliyev BMT-nin baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi xanım Şamşad Axtarı qəbul edib.

Qazeta.info xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT arasında əlaqələrin inkişafından məmnunluq ifadə edildi, xanım Şamşad Axtarın ölkəmizə bu səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu. Söhbət zamanı regional əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulandı, dünyada mövcud olan maliyyə böhranı şəraitində iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyətindən danışıldı, Azərbaycanda bu istiqamətdə işlərin uğurla həyata keçirildiyi bildirilib.

Görüşdə, eyni zamanda, Azərbaycan-BMT əməkdaşlığının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar