Noyabrın 15-də Türkiyənin Antalya şəhərində “Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti öz işinə başlayıb.
Qazeta/info Modern.az saytına istinadla xəbər verir ki, “Böyük İyirmiliyə” (G20) daxil olan ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Kanada, Almaniya, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Argentina, Koreya Respublikası və digər ölkə rəhbərlərinin iştirak etdiyi sammitə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.
Sayca onuncu dəfə keçirilən bu Sammitdə Azərbaycan xüsusi dəvətli qonaq statusunda təmsil olunur.
Zirvə görüşünün iştirakçıları birgə foto çəkdiriblər. Bu mərasim öncəsi Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obama ilə görüşüb.
Mərasimdən 'ld' olunan videonu təqdim edirik: