İlham Əliyev Avropa Parlamentinin prezidenti ilə görüşdən imtina etdi
06.02.2017 1424 0.0 0

Brüsseldə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Avropa Parlamentinin (AP) prezidenti Antonio Tajani ilə görüşünü ləğv edib. Virtualaz.org BBC-yə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamenti  rəhbərinin kommunikasiya şöbəsi bildirir.

Avropa Parlamentinin prezidentinin kommunikasiya şöbəsinin rəhbəri xanım Delia Vlase BBC Azərbaycancaya, görüşün nə səbəbdən ləğv edildiyini bilmədiyini deyib.Lakin o, əlavə edib ki, bu cür hadisələr "qeyri-adi" deyil.

Commonspace.eu nəşrinin məlumatına görə, Avropa Parlamentinin prezidenti Antonio Tayani Emin Milli və erməni yönümlü parlament üzvləri tərəfindən təşkil edilmiş tədbirdə özü çıxış etməli imiş.

Azərbaycan prezidenti İlham Əliyevin Avropa Parlamentinin başçısı ilə görüşdən imtina etməsi, çox güman ki, Antonio Tayaninin bu fitnəkar tədbirdə iştirak etmək niyyəti ilə bağlıdır.

Commonspace.eu nəşrinin məlumatına əsasən yaydığı xəbərə görə, Avropa Parlamentinin prezidenti Antonio Tayani Emin Milli və erməni yönümlü parlament üzvləri tərəfindən təşkil edilmiş tədbirdə özü çıxış etməli imiş.

Azərbaycan prezidenti İlham Əliyevin Avropa Parlamentinin başçısı ilə görüşdən imtina etməsi, çox güman ki, Antonio Tayaninin bu fitnəkar tədbirdə iştirak etmək niyyəti ilə bağlıdır.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar