"İkinci pilotun cənazəsi Türkiyəyə gətirilib" Qazeta.info Türkiyə KİV-lərinə istinadla bildirir ki, bunu Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu öz açıqlamasında bildirib.
Baş naziri Əhməd Davudoğlu Esenboğa hava limanından Brüsselə hərəkət etməzdən əvvəl Türkiyə və dünyanın diqqət mərkəzində olan məlum Su -24 döyüş təyyarəsinin pilotlarının cənazəsinin təhvil verilməsi haqda məsələyə toxunub.
Davudoğlu, "Hava sahəsi pozuntusu zamanı həyatını itirən Rus pilot, dünən gecə saat 01.45 (Türkiyə vaxtı ilə) etibarilə sərhəddə bizə təslim edildi. Öz dini ənənələrinə uyğun cənazə mərasimi oldu." deyə bildirib.
Daha sonra Davudoğlu bir müddət sonra Rusiyanın tələbinə əsasən göstərilən səylər nəticəsində Türkiyənin təhvil aldığı cənazə Rusiyaya veriləcəyini bildirib.