İkimərtəbəli qatarlar nə vaxt gəlir? (FOTO)
21.05.2015 885 0.0 0

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda olub. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə,C.Qurbanov MDB və Baltikyanı ölkələrin Dəmr Yolu Nəqliyyatı Şurasının Minskdə keçirilən 62-ci iclası çərcivəsində zavoda baş çəkib.

Zavodla tanışlıq zamanı “Stadler Rail Group” şirkətinin baş direktoru Peter Şpuler onun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, "Stadler Minsk" zavodu MDB məkanında mövcud olan geniş zolaqlı dəmir yolları üçün tərkib heyətlərinin istehsalı üzrə ixtisaslaşıb. 

İllik istehsal gücü 120 vaqondur. Artıq zavodda "Aeroekspress" dəmir yolu operatoru üçün 25 ikimərtəbəli qatar istehsal olunmuşdur ki, ilk bu tip ekspress qatar bu yaxınlarda Moskvada xəttə buraxılıb. "Stadler Minsk" zavodunda MDB dövlətlərinin, o cümlədən Belarus dəmir yolunun sifarişləri üzrə nəqliyyat texnikası istehsal olunacaq.

Sonra C. Qurbanov “Stadler Minsk” zavodunda Azərbaycan Dəmir Yolu üçün istehsal olunan KİSS markalı ikimərtəbəli elektrik qatarına baxış keçirib.

Mayın 24-də KİSS markalı iki ikimərtəbəli elektrik qatarı yola salınacaq, iyunun 2-də Azərbaycana çatacaq.

Xatırladırıq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə «ADY» QSC ilə “Stadler Rail Group” şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılır. 13 may 2015-ci ildə Bakıda keçirilən "2015 TransCaspian" Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalamışlar./anspress/

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar