İki kənd arasında kütləvi dava - VİDEO
01.06.2016 758 0.0 0

Məhkəmənin qərarı olmadan torpaqlardan istifadə etmək qadağan olunub.

Dağıstanın Babayurtovski rayonunun “Xasanay” və “Krasnıy oktyabr” kənd sakinləri bu yaşayış məntəqələri arasında yerləşən torpaq sahəsindən istifadəyə görə kütləvi dava salıblar.

Məlumata görə, bu barədə “Komsomolskaya pravda” nəşri yazır.

Məlumata əsasən, mübahisəni həll etmək üçün Dağıstan hakimiyyəti məhkəmənin qərarı olmadan bu torpaqlardan istifadə etməyi qadağan edib.

İki kənd arasında kütləvi davanın videosu mayın 31-də Youtube portalında yerləşdirilib. 

Dağıstan DİN asayişi bərpa etmək üçün hadisə yerinə 85 OMON əməkdaşını göndərib. Hüquq-mühafizə orqanlarına müqavimət göstərən 5 dava iştirakçısı saxlanılıb. 

Bildirilir ki, davadan sonra “Xasanay” kənd sakinləri yaşayış məntəqələrini birləşdirən körpünü demontaj ediblər./oxu.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar