İki institut birləşdirilib, Akademiya şəhərciyinin müdiri dəyişib
04.02.2016 718 0
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Eroziya və Suvarma İnstitutun birləşdirilməsi məsələsi müzakirə edilib.
Məlumata görə, AMEA Rəyasət Heyəti bu institutların birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adlandırılmasını məqsədəuyğun hesab edib və bu barədə AMEA-nın Ümumi Yığıncağı qarşısında vəsatət qaldırılmasına qərar verib.
İclasın sonunda kadr məsələsinə baxılıb. AMEA Rəyasət Heyətinin qərarı ilə Nazim Sadıqov AMEA Akademiya şəhərciyinin müdiri vəzifəsindən azad edilib. AMEA Rəyasət Heyətinin digər qərarı ilə Bayram Babayev AMEA Akademiya şəhərciyinin müdiri vəzifəsinə təyin edilib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər