İftar süfrəsində zəhərlədilər: 45 ölü
09.07.2015 1017 0.0 0

Ramazan ayında verilən iftar süfrəsi İŞİD terror qruplaşmasının 45 silahlısı üçün həyatda son olub. Məlumata görə, hadisə İraqın Mosul şəhərində məsciddə baş verib. Kürdüstan Demokrat partiyası xəbər verib ki, İŞİD çilər ələ keçirdikləri şəhərin məscidlərindən birində şam yeməyi zamanı qidadan zəhərləniblər. Nəticədə 45 nəfər ölüb, xeyli sayda terrorçunun vəziyyəti ağırdır.
 

Oxşar belə bir hadisə 2014-cü ilin noyabrında Suriyada baş verib. O, vaxt bayram yeməyindən sonra onlarla İŞİD terrorçusu ölmüşdü. Onda məlum olmuşdu ki, hadisəni Başar Əsəd hökumətinin kəşfiyyatı törədib. Agent aşpaz rolunda düşərgəyə girərək terrorçuları zəhərləmişdi./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar