İdmançılarımızdan olimpiadaya daha 3 lisenziya / FOTO-VİDEO
10.09.2015 808 0.0 0

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. 

Qazeta.info Güləş Federasiyasına istinadla bildirir ki, ilk iki yarış gününün yekunlarına əsasən güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş medala yiyələnib.  

 

 

Dünya çempionatının 3-cü yarış günündə yunan-Roma güləşçimiz Saman Təhmasibi (85 kq), qadın güləşçilərimiz Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) 2016-cı il Rio Olimpiadasına vəsiqəni təmin edib.

Yunan-Roma güləşi üzrə 85 kq çəki dərəcəsində mübarizə aparan Saman Təhmasibi Braziliyadan Brandao Sat, Bolqarıstandan Hristo Diyanov Marinov, 1/4 finalda isə Rusiya təmsilçisi Davit Çakvetadze üzərində qələbə qazanaraq yarımfinala yüksəlib və Olimpiya Oyunlarına vəsiqə qazanıb. Yarımfinalda güləşçimiz Ukrayna təmsilçisi Jan Belenyuka məğlub olduğundan bürünc medal uğrunda görüşə çıxıb. Macar Viktor Lorinczə qalib gələn Saman Təhmasibi Dünya çempionatının bürünc medalına sahib olub. 
 


Qadın güləşçilərin yarışında 48 kq-da təmsilçimiz Mariya Stadnik finala qədər inamlı güləş nümayiş etdirib. Ardıcıl olaraq Hollandiyadan Jessica Blazka, Perudan Talia Jihan Malqui Peçe, Qazaxstan təmsilçisi Tatyana Amanjol-Bakatyuk üzərində qələbə qazanıb və Olimpiadaaya vəsiqə əldə edib. Yarımfinalda Çinli Hui Li üzərində təmiz qələbə qazanan Mariya Stadnik finala yüksəlib. Finalda güləşçimiz Yaponiya təmsilçisi Eri Tosaka ilə qarşılaşıb. Görüşün sonuna qədər hesabda öndə olan Mariya son saniyələrdə qələbəni əldən verib və Dünya çempionatının gümüş medalına sahib olub. 
 


53 kq çəkidə mübarizə aparan Avropa Oyunlarının qalibi Anjela Doroqan uğurlu startı ilə yadda qalıb. İlk olaraq, Çexiyadan Lenka Hockova Martinova, ardınca Portuqaliyadan Gomez Guerreiro ilə görüşdən qalib ayrılsa da, güləşçimiz 1/4 finalda 3 qat Olimpiya və 11 qat Dünya çempionu Saori Yoşida ilə görüşdə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan Anjela Doroqan Viyetnamdan olan rəqibini üstələyib, həm bürünc medal şansı, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb. Medal uğrunda son görüşdə güləşçimiz Cənubi Koreya güləşçisi M.Jonga məğlub olub və Dünya çempionatını beşinci sırada tamamlayıb. 
 
 

 

85 kq 
1/16 final - Saman Təhmasibi - Brandao Sant (BRA) 8:0
1/8 final - Saman Təhmasibi - Hristo Diyanov Marinov (BUL) 7:3
1/4 final - Saman Təhmasibi - Davit Çakvetadze (RUS) 8:0 (Olimpiadaya lisenziya qazandı)
1/2 final - Saman Təhmasibi - Jan Belenyuk (UKR) 1:3
Bürünc medal görüşü - Viktor Lorincz (HUN) - Saman Təhmasibi 1:2

48 kq 
1/16 final - Jessica Blazka (NED) - Mariya Stadnik 0:11
1/8 final - Talia Jihan Malqui Peçe (PER) - Mariya Stadnik 0:10
1/4 final - Mariya Stadnik - Tatyana Amanjol-Bakatyuk (KAZ) 11:3 (Olimpiadaya lisenziya qazandı) 
1/2 final - Hui Li (CHN) - Mariya Stadnik 0:4 (təmiz qələbə)
FİNAL - Mariya Stadnik - Eri Tosaka (JPN) 2:3

53 kq 
1/16 final - Anjela Doroqan - Lenka Hockova Martinova (CZE) 5:0
1/8 final - Gomez Guerreiro (POR) - Anjela Doroqan 0:11
1/4 final - Saori Yoşida (JPN) - Anjela Doroqan 11:0
Təsəlliverici görüş - T.Nguyen (VİE) - Anjela Doroqan 2:3 (Olimpiadaya lisenziya qazandı)
Bürünc medal görüşü - Anjela Doroqan -  M.Jong (PRK) 2:13

69 kq
1/16 final - Elis Manolova - E.Sizdikova (KAZ) 3:4

Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.  
 
 
 
 
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar