O, burnundan qan açılmasına baxmayaraq sona kimi mübarizə aparıb
Rusiyalı atlet Mikayıl Şivlakov 426 kiloluq ştanqı qaldırmağa cəhd edib.Rusiya mətbuatına istinadən xəbər verilir ki, idmançı ağırlıqqaldırma idman növü üzrə “Arnold Klassik” beynəlxalq turnirində inanılmaz yükün altına girib.
İdmançı 426 kilo ağırlığı qaldıran zaman onun burnundan qan gəlməyə başlayıb. O, burnundan qan açılmasına baxmayaraq sona kimi mübarizə aparıb. Beləliklə, Mikayıl Şivlakov yarışın bürünc mükafatını qazanıb.
Bəziləri idmançının burnundan qan açılmasını onun xilası kimi dəyərləndiriblər. Onların fikrincə, qan açılması onun beyninə qan sızmasının qarşısını alıb.
İkinci yeri amerikalı atlet Brayen Şou tutub. Turnirin qalibi adını isə "Dünyanın ən güclü insanı" ləqəbli islandiyalı Xaftor Yulius Bernson qazanıb./Sputnik/