İbrahimoviç `Los Angeles Galaxy` ilə ayrılır
14.11.2019 534 0
ABŞ-ın "Los Angeles Galaxy" futbol klubunun İsveçli hücumçusu Zlatan İbrahimoviç komandadan getdiyini açıqlayıb.
Məlumata görə, bu barədə 38 yaşlı idmançı "İnstagram"da bildirib.
Hücumçunun klub ilə müqaviləsi 2019-cu ilin sonunda başa çatır.
Z.İbrahimoviç bildirib: "Gəldim, gördüm, qalib oldum. Məni yenidən diri hiss etdirdiyim üçün "Los Angeles Galaxy"yə təşəkkür edirəm".
Qeyd edək ki, Z.İbrahimoviç 2018-ci ildə İngiltərənin "Mançester Yunayted" klubundan "Los Angeles Galaxy" yə keçib./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər