İbrahim Tatlısəsdən bayram sürprizi - oxudu
06.07.2016 1201 0.0 0

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs uzun müddət fasilədən sonra yenidən mahnı oxuyub. O, oğlu İdo ilə birlikdə avtomobildə yol gedərkən tıxaca düşüb.  Məlumata görə, ifaçının oğlu İdo atasının zümzümə etdiyi mahnını "İnstagram" səhifəsində paylaşıb. Videonu isə belə şərh edib - “Bu sizə bayram hədiyyəm olsun”.

Ata-bala birlikdə “Anam” mahnısını ifa ediblər.  

 

İbrahim Tatlısəs - ərəb və kürd əsilli Türkiyə müğənnisi, bəstəkar, aktyor, televiziya aparıcısı, iş adamıdır. Onun atası ərəb, anası isə kürddür. 

2011-ci il mart ayının 14-də İbrahim Tatlısəs İstanbulda başından güllə yarası alıb. Çəkilişlər başa çatandan sonra avtomobilinə minərkən həmin maşına yaxınlaşan avtomobildən "Kalaşnikov" avtomatı ilə ona atəş açılıb. Güllələrdən biri Tatlısəsin başına dəyib. Müğənni ölümdən dönüb, Türkiyə, Almaniya və ABŞ-da aylarla müalicə almalı olub.

Həkimlər onun həyatını xilas edə bilsələr də, illərdir o oxuya bilmir. İfaçının bədənin sağ tərəfi də qismən iflic olub. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar