Ilk Avropa Oyunlarının Bakıda keçirilməsi üçün aparılan qarayaxma kampaniyaları heç bir nəticə verməyib. Yəni əvvəl gündən beynəlxalq idman yarışında iştirak üçün səs verən ölkələr iştirakdan imtina etməyib.
Bunu ANS-ə eksklüziv açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib
"50 ölkənin hökumət və ya dövlət rəsmisi Azərbaycana gələcək. Onlardan bəziləri artıq Azərbaycandadır. Komandalar Bakıya gəlirlər. Onlar yaradılan vəziyyətdən razılıq edirlər. Heç bir ölkədən Oyunlara qarşı boykot və ya digər məsələlər qaldırılmayıb", deyə nazir bildirib.
Müdafiə naziri Zakir Həsənov və Azad Rəhimovun daha geniş müsahibələrinə sabah saat 21-də ANS-in efirində Mir Şahin Ağayevin təqdimatında "Hesabat" verilişində baxa bilərsiniz.../anspress/