«Hundai servis» qiymətləri kəskin həddə qaldırdı
02.03.2015 790 0.0 0
Azərbaycanda milli valyutanın devalivasiyası ərəfəsində ölkənin aidiyyatı qurumları müəyən tədbirlər həyata keçirsə də, bəzi sahibkarlar rəsmi qurumların çağrışlarına baxmayaraq öz qiymət artımı siyasətini həyata keçirməkdə davam edir.
 
 
Bu gün əldə etdiyimiz məlumata görə, Auto Azərbaycan şirkəti  "Hundai Servis" mərkəzlərində xidmət və ehtiyyat hissələrinə yüksək faizlə qiymət artımı tətbiq edib.
  
Vəziyyətlə əlaqədar qazeta.info-nun  araşdırmasından sonra məlum oldu ki, Hundai servis mərkəzi xidmət sahəsi hesab olunan Z.Bünyadov 118 ünvanında yerləşən mərkəzi servisdə həqiqətən də qiymətlər artırılıb  və bu açıq aşkar işçilər tərəfindən etiraf olunur.
 
Belə ki, araşdırmalarda servisdən bizə bildirdilər ki, rəhbərlikdən gələn tapşırığa əsasən ehtiyyat hissələrinə 40-50 faiz arası xidmət haqqına isə 20 faiz artım olunub.
 
 
Əlavə olaraq bildirək ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri  gücləndirilib və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcəyi istiqamətindəki açıqlamalar verməsi ilə yanaşı bir sıra iş adamları süni qiymət artımına yol verdiyi üçün ölkə qanunları çərçivəsində cəzalndırılıblar.
 

Bunadan başqa bildirək ki, 28 fevralı tarixində  Dövlət Gömrük Komitəsi də ölkədə fəaliyyət göstərən iş adamlarını toplayaraq manatın qiymətinin dollara nisbətdə aşağı düşdüyünü nəzərə çatdıraraq mövcud şəraitdən yararlanmağa çalışan bəzi dırnaqarası iş adamlarının süni qiymət artımı ilə müşahidə olunan qeyri-konstruktiv fəaliyyətlərinin yolverilməz olduğunu diqqətə çatdirmışdı.

Daha sonra Komitə sədri, məhz bu amilin də əhali arasında müəyyən çaşqınlıq yaratdığını bildirərək, keçirilən görüşün də əsas məqsədinin bu kimi neqativ halların aradan qaldirilması,  mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasına xidmət etdiyini bəyan edərək, idxal-ixrac əməliyyatları zamanı gömrük qiymətləndirilməsi ilə  bağlı  müəyyən güzəştlər olunacağını bildirmiş və sahibkarlara güzəştlər haqda  məlumat verilmişdi.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar