Humanitar təşkilatın əməkdaşları öldürüldü
02.06.2015 645 0.0 0

Əfqanıstanın Balx əyalətində dövlət inkişaf proqramının 9 əməkdaşı öldürülüb.

Məlumata görə, silahlılar Çexiyanın “People In Need” humanitar təşkilatının Arab kəndindəki şöbəsinə hücum ediblər.

Yerli polisin sözçüsü Şir Jan Durraninin sözlərinə görə, ölənlərdən 7-si Əfqanıstan Milli Həmrəylik Proqramı çərçivəsində kənd təsərrüfatı layihələrinin yerinə yetirilməsinə nəzarət edirmiş.İkisi isə təhlükəsizlik xidmətinin əməkdaşlarıdır. Onların hamısı yerlidir.

Məlumatı "People in Need" təşkilatının icraçı direktoru Simon Panek də təsdiqləyib. Əfqanıstan prezidenti Ashar Ghani əraziyə hərbi qüvvələr göndərilməsini göstəriş verib.

Hücum vaxtı təşkilatın 2 yerli əməkdaşı qaça bilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar