Hotellərdə gecələyənlərin sayı artıb
23.10.2019 581 0.0 0

Bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur.

Məlumata görə, gecələmələrin 55,7 faizi Bakıda, 9,4 faizi Qəbələdə, 9 faizi Qubada, 5,5 faizi Xaçmazda, 3,4 faizi Naftalanda, 2,8 faizi Qusarda, 2,5 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Qaxda, hər birində 1,0 faiz olmaqla Mingəçevir və Lənkəranda, 8,5 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınmışdır.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq 1743,9 min olmuşdur ki, bu da ümumi gecələmələrin 65,4 faizini təşkil edir. Gecələmələrin 15,6 faizi Səudiyyə Ərəbistanı, 11,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 10,4 faizi Rusiya, 5,8 faizi İsrail, 5,5 faizi Hindistan, 5,1 faizi İran, 4,6 faizi Türkiyə, 3,6 faizi Küveyt, 3,1 faizi Böyük Britaniya, hər biri üzrə 2 faiz olmaqla ABŞ və Qətər, 1,9 faizi Pakistan, 1,6 faizi Çin,1,4 faizi İraq, 1,3 faizi Qazaxıstan, hər biri üzrə 1,1 faiz olmaqla Almaniya və Bəhreyn, 22,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 76,2 faizi Bakı şəhərində, 10 faizi Qəbələdə, 3,7 faizi Qubada, 2,8 faizi Naxçıvan Muxtar Respublikasında, 2,7 faizi Naftalan şəhərində, 4,6 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınmışdır. Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16,1 faiz artaraq 922,8 minə çatmışdır./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar