Hollivudda PARTLAYIŞ
21.12.2017 809 0
Hollivudda restoranlardan birində partlayış baş verib.
Məlumata görə, Los-Ancelesin Yanğınsöndürmə Departamenti partlayışın 6 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən restoranda baş verdiyini bildirib.
Məlumata görə, insident nəticəsində 1 nəfər xəsarət alıb.
İnsident vaxtı restoranın bağlı olduğu bildirilir. Partlayış zamanı yaralanan qadın isə restoranın yaxınlığından keçirmiş.
Partlayışdan dərhal sonra binadakı sakinlər təxliyə edilib.
Partlayışın hansı səbəbdən baş verməsi məlum deyil.
Hadisə ilə bağlı araşdırma başlayıb./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər