ƏHMƏDİNEJAT YENİDƏN HAKİMİYYƏTƏ CAN ATIR
02.02.2015 1003 0.0 0

İranda iki dəfə Prezident seçilən və uzun zamandan bəri susqun olan Əhmədinejad, bazar günü internet saytını aktivləşdirib.

"ahmadinejad.ir" adıyla xidmətə başlayan internet saytında, Əhmədinejadın fotoşəkilinin üzərinə böyük həriflərlə "yaxında gəlirik" ifadəsi qeyd olunub.

İranın  İRNA agentliyi, Əhmədinejadın şəxsən idarə edəcəyi sayt üçün 45 nəfərlik bir şuranın fəaliyyət göstərəcəyini bildirib.

Türkiyənin Milliyət qəzetinin bildirdiyinə görə Həmin şəxslərin çoxu Əhmədnejatın Prezidentlik dövründəki iqtidarda təmsil olunan yaxın adlardan təşkil olunub.

Paytaxt Tehranda köhnə prezidentin ofisində edilən mərasimdə, söz mövzusu saytla birlikdə Əhmədinejadın Instagram və Google Plus kimi ictimai mediadakı hesablarının da açılışı edilib.

İranda 8 il prezident kreslosunda oturan Əhmədinejad, iqtidarı Həsən Ruhaniyə təhvil verdiyi avqust 2013-dən etibarən siyasət sahəsindən demək olar ki tamamən uzaq durdu.

Son günlərdə birinci müavini Məhəmməd Rza Rəhimiyənin korrupsiya görə cəza almasından sonra Əhmədinejadın adı tez-tez ölkə gündəminə gəlir.

Əhmədinejad, verdiyi məlumatda Rəhimiyə yönəldilən ittihamların hökumətiylə əlaqəsinin olmadığı qeyd etsə də Rəhimi buna cavab olaraq açıqlamasında Ahmedinejadı ağır sözlərlə tənqid edib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar