Türkiyənin “TRT AVAZ” telekanalı Azərbaycanın istiqlal şairi Əhməd Cavadın xatirəsinə həsr olunan sənədli filim hazırlayıb.
Qazeta.info Oxu.az-a istinadla xəbər verir ki, “Əhməd Cavad: Bir millətin ruhu” adlı filmdə baş rolları Mert Karabulut və Buse Naz Çınar ifa edib.
Ekran əsərinin ssenari müəllifi Vahit Taha Kurutlu, layihə üzrə məsləhətçi Nicat Quliyevdir. Filmin musiqisi Aygün Səmədzadəyə məxsusdur.
Filmdə dahi şairin keçdiyi həyat yolu, yazdığı şeirlər, işgəncə ilə öldürülməsi əks olunub.
Bundan başqa, filmdə araşdırmaçılar Dilqəm Əhməd və Nəsiman Yaqublu, Ə.Cavadın nəvəsi Anar Axundzadə və qonşusu Sabir Nadirov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, azərbaycanlı deputat Sona Əliyeva, türkiyəli araşdırmaçılar Yılmaz Özkaya, Hüseyin Kocabıyık, Ruhi Ersoy və digərləri şair haqqında bilgilərini bölüşüb.